ELAZ.İNFO xəbər verir ki, Bakıdan Naxçıvana, Naxşıvandan Bakıya doğru yollanan sərnişinlər Türkiyənin İğdır şəhərində yerləşən aeroportdan istifadə etməli olacaqlar. Ölkənin əsas hava limanı olan AZAL Bakıdan İğdıra və əks istiqamətə aviareyslərin uçuşunu təşkil edib.
Məlumat üçün bildirək ki, muxtar respublikanın vətəndaşları nəzərdə tutulan avtobuslarla İğdır aeroportundan Naxçıvana və əks istiqamətə hərəkət edə biləcəklər.
İlahə BAYINDIR