NATO Ukraynanı dəstəkləsə də birbaşa iştirak etməyəcək

ELAZ.İNFO xəbər verir ki, NATO “istəklilər koalisiyası”nı dəstəkləyir və Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün uyğun formaların axtarışında iştirak edir, lakin birbaşa bu planların hazırlanmasında rol oynamayacaq.

ANSA agentliyi Brüsseldəki mənbəyə istinadla məlumat verib ki, bu nəticəyə NATO ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri gəliblər.

Qeyd edilir ki, İttifaq tərəfdaşlarının bu istiqamətdəki hər hansı səyləri “NATO-nun müdafiə planlarına zərər vermədən” həyata keçirilməlidir.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights