NATO proqramı çərçivəsində tədbirlər keçirilir

Elaz.info Müdafiə Nazirliyinə istinadən bildirir ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi” treninqi və “Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə” mövzusunda seminar keçirilir.
Milli Müdafiə Universitetinin (MMU) və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətinin iştirakı ilə keçirilən tədbirlər “Fəal Təlimdə Qiymətləndirmə” modulunun üçüncü mərhələsini əhatə edir.
Tədbirlərin məqsədi iştirakçıların pedaqoji bacarıqlarını, tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini daha da artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən tədbirlər aprelin 11-dək davam edəcək.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights