ELAZ.İNFO xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Çinin Tayvana hücumu nəticəsində yarana biləcək mümkün münaqişələrlə bağlı “Çin sədri Si Tsinpin Tayvana hücum etsə, ilk olaraq Moskvadakı kiçik tərəfdaşı Vladimir Putinə zəng edəcək” deyib.
NATO-nun baş katibi Mark Rutte ABŞ-da yerləşən New York Times qəzetinə müsahibəsində Çinin Tayvana hücumu nəticəsində yarana biləcək mümkün münaqişələrdən danışıb.
Rutte Çin və Rusiyanı çəkindirmək üçün edə biləcəkləri iki şeyin olduğunu qeyd edərək söyləyib ki, “Bunlardan birincis NATO kollektiv şəkildə güclü olsa, Rusiya buna cəsarət etməyəcək, digəri isə ABŞ prezidenti Donald Trampın da güclü şəkildə dəstəklədiyi Hind-Sakit Okean bölgəsi ilə birlikdə işləməkdir”.
Günel GÜNTAC