ELAZ.İNFO xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Qərb ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.
Rutte bu barədə Berlində Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Ukraynadan sonra Rusiyanın növbəti hədəfi NATO-dur.
“Biz babalarımızın və onların valideynlərinin dözmək məcburiyyətində qaldığı miqyasda bir müharibəyə hazır olmalıyıq”, Rutte vurğulayıb.
Aydan