Nadir elementlərin ixracı ilə bağlı Çinin mövqeyi yumşalmır

9 apreldə Tramp Çin mallarına ən yüksək tarif tətbiq edəndə düşünürdü ki, Çin mallarını ABŞ-a satmaq üçün ona yalvaracaq və ABŞ-ın bütün şərtlərinə razılaşacaq. Hər şey əksinə oldu. Çin ABŞ-a birbaşa ixracını kəskin azaltdı, ABŞ-a ixracı başqa ölkələrin adları altında apardı, həmçinin alternativ bazarlar tapdı, ABŞ-dan idxalı isə kəskin azaltdı – nefti-qazı Rusiyadan, ərzaq məhsullarını Braziliya, Argentina və Rusiyadan almağa başladı. Üstəlik monopolisti olduğu nadir elementlərin ABŞ-a ixracını dövlət nəzarətinə götürdü. Nəticədə ABŞ-da kütləvi istehlak malları bahalaşmağa, Çin yarımfabrikatlarından asılı olan istehsalatlarda problemlər yaranmağa, nadir elementlərin çatışmazlığı ABŞ-ın müdafiə və yüksək texnologiyalar sənayesini iflic etməyə başladı, ABŞ fermerləri isə mallarını satmağa bazar tapmırlar və müflis olmaq təhlükəsi yaşayırlar və s.

O vaxtdan ABŞ Çinə yalvarır ki, yeni ticarət razılaşmasına gəlsinlər. Artıq 4 dəfə görüşüb, müəyyən razılıqlara gəliblər, tarif dərəcələrini qarşılıqlı endiriblər (bütün görüşlər ABŞ-ın təşəbbüsü ilə olub). Lakin ən vacib məsələ – nadir elementlərin ixracı ilə bağlı Çinin mövqeyi yumşalmır. Çin ABŞ-ın hərbi və onunla əlaqəli şirkətlərinə nadir elementləri satmır. Haqlı olaraq deyir ki, siz onlar vasitəsilə müasir silahlar hazırlayır və Tayvana verirsiniz, Çini ABŞ-ın 1 N-li düşməni adlandırırsınız – məni düşmən hesab edən və mənimlə müharibəyə hazırlaşan ölkənin hərbi potensialını niyə gücləndirməliyəm?!

Hakimiyyətə gələndə “dağı-dağ üstə qoyacağına” əmin olan Tramp Çinə dərs vermək istəyirdi. Yanvarda prezident vəzifəsinə başlaması ilə bağlı təbrik etmək üçün Si Trampa zəng etmədi. Apreldə Tramp Çinə ən yüksək tarif tətbiq edəndə Sinin zəngini gözləyirdi, bunu müxtəlif brifiqlərdə özü də demişdi. Lakin Si yenə ona zəng etmədi. Çinin güzəştə getmədiyini, vəziyyətin ABŞ-ın əleyhinə olmadığını görən Tramp 5 iyunda özü Siyə zəng etdi. Bu zəngdən sonra Tramp həmişəki kimi hər şeyin ABŞ-ın xeyrinə dəyişəcəyi barədə dil-dil ötməyə başladı. Lakin ticarət münasibətləri qismən yumşalsa da ABŞ üçün yenə ağır olaraq qalırdı. ABŞ tərəfi problemli məsələləri həll etmək üçün ölkə başçılarının görüşməsini istəyirdi, lakin Çin tərəfi görüşdən imtina edirdi.

Yazı davam edir….

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights