ATƏT-in İnsan Ölçüsü konfransının ilk həftəsində erməni QHT nümayəndələri demək olar hər gün mövzudan asılı oldu-olmadı həbsdə olan erməni cinayətkarların “hüquqlarını” müdafiə edir, onlara azadlıq tələb edirdilər. 5-ci gün Qanunun aliliyi mövzusu üzrə keçirilən sessiyada çıxışımda Azərbaycanda həbsdə olan ermənilərin törətdiyi cinayətləri 1-1 sadaladıqdan, eyni zamanda onların Azərbaycan torpaqlarının işğalında iştirak etdiklərini etiraf etdiklərini bildirdikdən sonra erməni nümayəndələr mövzudan yayınmağa çalışdılar, bir QHT nümayəndəsi isə etiraf edərək Gəncə terrorunu baş vermiş dəhşətli hadisə adlandırdı.

Nədimə RƏHİMLİ