Nə qol vurdu, nə də yaxşı ötürmə verdi

ELAZ.İNFO xəbər verir ki, Çili mətbuatı Milan Skriniar, Marco Asensio və Trossard kimi adlarla yanaşı, “Fənərbaxça”nın radarında yer alan başqa bir adı da açıqlayıb.

“La Tercera”da çıxan xəbərə görə, Aleksis Sançes “Udineze”dən ayrılmaq qərarına gəlib.
İtaliya yığmasında gözlədiyi oyun müddətini ala bilməyən 36 yaşlı futbolçunun texniki direktor Kosta Runyaiçin komandada qalması səbəbindən ayrılmaq qərarına gəldiyi bildirilib.

Seçimlərini dəyərləndirdiyi iddia edilən çilili ulduzun Fənərbaxçaya gedə biləcəyi xəbərini verilir.

Sarı-lacivətlilərin dünyaca məşhur futbolçuya 1 illik müqavilə təklif edəcəyi və illik 4 milyon avro maaş ödəyəcəyi bildirilib.

Sançesin əvvəllər “Mançester Yunayted”də birlikdə çalışdığı Joze Mourinyo ilə yenidən birləşmək şansının ola biləcəyi də vurğulanıb.

Yeri gəlmişkən qeyd edək ki, ötən mövsüm “Udineze”nin heyətində 14 matçda meydana çıxan 36 yaşlı futbolçu nə qola, nə də məhsuldar ötürməyə töhfə verə bildi.

İslam MAHMUDOV

Verified by MonsterInsights