Nə qədər çox hirslənirlərsə, bir o qədər də yüksəkdən danışırlar

– Nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?

Çünki sakitliklərini qoruya bilmirlər.

– Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır?

– İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.

– Bəs insanlar sevəndə nə olur?

– Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır.

– Bəs daha güclü sevəndə necə olur?

– Onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar.

Səfər İBRAHİMLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights