Nə kimi problem yaranmışdır?

ELAZ.İNFO xəbər verir ki, Gürcüstanda qəzaya düşmüş Lockheed C-130 Hercules hərbi-nəqliyyat təyyarəsi paradda iştirak etmişdir. Adətən paradda iştirak etmək üçün ən saz vəziyyətdə olan təyyarəni göndərirlər və onları ən təcrübəli pilotlar idarə edirlər. Həmin təyyarə 1968-ci ildə istehsal edilmişdir. Əvvəl təyyarə Səudiyya Ərəbistanın mülkiyyətində olmuşdur. Sonradan onu türklər almışlar. Axırıncı əsaslı təmiri isə təyyarə 2020-ci ildə keçmişdir. Bu 57 illik təyyarə belə vəziyyətdə olubsa, gör eyni tipli Türkiyənin digər təyyarələri hansı gündədirlər.

Allah üzümüzə baxıb ki,, həmin təyyarə parad zamanı qəzaya uğramayıb. Əsil faciəyə onda olardı. Zəfər günü qara bayrama dönəcək idi. Bir məsələ də müəmmalıdır, həmin təyyarə yerə enmədən 5000 km məsəfəyə uça bilir. Bu halda nə üçün təyyarə Bakıdan 350 km məsəfədə yerləşən Gəncədə eniş etmişdir? Nə kimi problem yaranmışdır? Nədənsə pilot həyəcan siqnalını da verməmişdir.

Çingiz BƏŞİROV

Bizimlə oxuyun
Verified by MonsterInsights