Nəfsin qazandığı xeyir də, şər də özü üçün xeyirli və zərərlidir

Hər kəs öz yükünü daşıyacaq…

Allah-taala biz insanların zahir və batinini, Özü yaratdığı üçün bizə özümüzdən də yaxşı bələddir. Bu səbəbdən də Allah heç bir kəsin boynuna daşıya biləcəyi yükdən artıq yük yükləməz.

Aşağıdakı ayədə buyurulduğu kimi biz özümüz gücümüzdən artıq yüklər ilə özümüzü yükləyirik. Bu yüklər də, Allahın qəzəbinə səbəb olduğu üçün bizləri bu dünyada müxtəlif bəlalara düçar edər. Hər bir insanın özünə aid mütləq bir günah yükü vardır, çünki müvəqqəti göndərildiyimiz bu “imtahan dünyasının” məğzi elə bundan ibarətdir. Onda belə bir sual olunur, özümüzün qəbr evində sorğu-sualına cavab verə bilməyəcəyimiz, Qiyamətdə, Mizan və Siratda isə daşıya bilməyəcəyimiz yükün üzərinə kiminsə də ağır yükünü yükləmək, görən nəyimizə lazımdır?

Həmin, bu yük isə başqaları haqqında pis düşünüb, yalan danışmaq, həsədçinin şər sözünə inanaraq qeybət etmək, qısqanıb,paxıllıq etməkdən ibarətdir. Hələ bundan əlavə biz insanların bir-birimizin boynunda olan”qul haqqı”deyilən sorğu-sualı da vardır. Məhşərdə əzilən, əzənin haqqını halal etməyənədək Cənnətin qapıları üzünə açılmaz…

Onda, bu su kimi axıb gedən, çox qısa “İmtahan dünya”sında yalnız Allahı və Yaratdıqlarını sevməklə və ömrümüz boyu rastlaşdığımız insanları da olduqları kimi qəbul edə bilməklə bu dünyadaki müsibətlərdən və Əbədi dünyadaki dəhşətlərdən qurtara bilərik.
əl-Bəqərə-286- Allah yalnız gücü, taqət miqdarında təklif edər. Nəfsin qazandığı xeyir də, şər də özü üçün xeyirli və zərərlidir. Peyğəmbər dedi:

-”Allah buyurdu ki, bu cür dua edin:

-”Pərvərdigara, əgər unutsaq, ya səhv etsək bizi cəzalandırma. Pərvərdigara, bizdən əvvəlki kəslərə təklif etdiyin kimi, ağır təklifləri bizim boynumuza qoyma. Pərvərdigara,gücümüz çatmayan ağır təklifləri bizim öhdəmizə vermə. Bizim günahımızdan keç, bizi bağışla, bizə rəhm et. Bizim ağamız sənsən. Kafirlərə qarşı bizə kömək et!”

Mənzər AĞAYEVA

İlahiyyatçı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights