Rəşad Nuri Güntəkininə dünya şöhrəti qazandıran əsər məhz “Çalıquşu” romanıdır. Əsərin ilk variantını müəllif “İstanbul qızı” adı ilə pyes şəklində yazmışdı. Sonralar bütün hadisələrin səhnədə canlandırılmasının çətinliyini nəzərə alan yazıçı pyesi roman şəklinə salmışdır. Əsər müəllifə uğur və şöhrət gətirsə də, öz xatirələrində romanın həm də zərər gətirməsi barədə fikirlərə rast gəlirik. R.N.Güntəkin zarafatla bildirirdi ki, “Çalıquşu” romanından sonra nə yazsa, o romanla müqayisə edilərək bəyənilmirdi. Əsər qısa zamanda oxucular arasında rəğbət qazandı. Bunu nəzərə alan türk rejissor Osman Seden 1966-cı ildə aktrisa Türkan Şoray və aktyor Kartal Tibetin iştirakı ilə filmi ekranlaşdırır. Lakin film bir o qədər də uğur qazanmır. 20 il sonra — 1986-cı ildə rejissor yenidən əsərə müraciət edərək bu dəfə 7 seriya şəklində əsəri ekranlaşdırır. Bu zaman baş rolun ifaçısı Aydan Şener və Kenan Kalav olur. Bu film geniş tamaşaçı kütləsi qazanır və qısa zamanda Türkiyənin hüdudlarından kənarda da məşhurlaşır.
Aydan