Myanmada güclü zəlzələ oldu

Myanmada bu gün, 28 mart 2025-ci il tarixində, güclü zəlzələlər baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, ilk zəlzələ 7,3 bal gücündə olub və ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri təxminən 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 33 km cənub-qərbdə yerləşib.  
Daha sonra 6,4 bal gücündə ikinci bir zəlzələ qeydə alınıb. Çin Seysmoloji İdarəsi isə zəlzələnin 7,9 bal gücündə olduğunu bildirib.  
Zəlzələlər Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib. Tailandın paytaxtı Banqkokda çoxmərtəbəli binaların sakinləri təxliyə olunub. 
Hazırda dağıntılar və itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights