Myanma yenidən silkələndi

14 APREL, ELAZ.İNFO

Elaz.info xəbər verir ki, Myanmada yenidən zəlzələ baş verib. Bu dəfəki zəlzələnin gücü 5,5 bal gücündə olub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən zəlzələnin episentri Mandalay şəhərindən 86 km cənubda yerləşən ərazidir.

Hələlik tələfat və dağıntılarla bağlı məlumat verilmir.

Xatırladaq ki, bundan öncə baş verən zəlzələ nəticəsində minlərlə insan həyatını itirmiş, zədələnmiş, kütləvi dağıntılar baş vermişdi. Zəlzələnin gücü 7,7-7,9 bal gücündə qeydə alınmışdı.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights