Muzeydən 600-dən çox tarixi əsər oğurlanıb

ELAZ.İNFO xəbər verir ki, İngiltərədə muzey soyğunu baş verib. Dörd naməlum kişidən ibarət qrup səhər saat 1 radələrində Bristol Muzeyinə daxil olub. Britaniya İmperiyası və Birlik kolleksiyalarından 600-dən çox əsər oğurlanıb.

Polis oğurluğun “yüksək dəyərli” əsərlərlə əlaqəli olduğunu bildirib və təhlükəsizlik kameralarına düşən şəxslərin kimliyini müəyyən etmək üçün ictimaiyyətdən kömək istəyib. İstintaq davam edir.

Məlumat üçün bildirək ki, Bristol Muzeyi və İncəsənət Qalereyası İngiltərənin Bristol şəhərində yerləşir. Binanın tarixi 1823-cü ilə gedib çıxır. Muzeydə təbii tarix bölmələri, eləcə də yerli, milli və beynəlxalq arxeologiya kolleksiyaları da daxil olmaqla çoxsaylı sərgilər keçirilir. Muzey binası barokko memarlığının əhəmiyyətli bir nümunəsidir. Muzey həmçinin 2009-cu ilin yayında Banksinin ən böyük sərgisinə ev sahibliyi edib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights