Müvəkkil (Ombudsman) institutu ləğv edilib

Naxçıvanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu ləğv edilib. Bununla bağlı qərar aprelin 10-da Ali Məclisin iclasında qəbul olunub.

ELAZ.İNFO xəbər verir ki, qərara əsasən, Naxçıvan Konstitusiyasından Ombudsmanla bağlı müddəalar çıxarıldığı üçün bu qurum haqqında qanun da qüvvədən salınıb.

Gündəlik Naxçıvan yazır ki, muxtar respublikada artıq ayrıca Ombudsman fəaliyyət göstərməyəcək. Bundan sonra bu funksiyanın Azərbaycanın ümumi Ombudsman qurumu tərəfindən həyata keçiriləcəyi gözlənilir.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights