ELAZ.İNFO xəbər verir ki, rəsmi Kreml enerji şəbəkəsinə hücumlara müvəqqəti moratorium qoyan Moskva və Vaşinqtonun razılaşdırdığı Rusiya və Ukrayna obyektlərinin siyahısını dərc edib.
Siyahıya neft emalı zavodları, neft-qaz kəmərləri və anbarlar, o cümlədən nasos stansiyaları daxildir. Bundan əlavə, siyahıya elektrik enerjisinin istehsalı və ötürülməsi infrastrukturu, o cümlədən elektrik stansiyaları, yarımstansiyalar, transformatorlar və paylayıcılar, həmçinin atom elektrik stansiyaları və su elektrik bəndləri daxildir.
Kreml aydınlaşdırıb ki, müvəqqəti moratorium 2025-ci il martın 18-dən başlayaraq 30 gün müddətində qüvvədə olacaq. Qarşılıqlı razılaşma əsasında sazişin müddəti uzadıla bilər. Tərəflərdən biri moratoriyi pozarsa, digəri özünü ona riayət etmək öhdəliyindən azad hesab edə biləcək.
ELAZ.İNFO