“Mütaliə bizə nə verir” mövzusunda tədbir kecirildi

ELAZ.İNFO xəbər verir ki, 22.04.2025 çi il tarixində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində” Mütaliə bizə nə verir” mövzusunda kecirilən tədbirdə Yazıcılar birliyinin üzvləri olan gənç şairə xanımlar iştirak edirdi. Mərkəzdə 40 ildən çox pedaqoji fəaliyyəti olan və bu gün qonaqlarımız olan Respublikanın Əməkdar müəllimi Esmira Rəhimova və Gulnaz Əfəndiyeva da iştirak edirdi.
Azərbaycan Yazıçılar Birliyinin Multukultural məsələlər üzrə məsul şəxsi Xatirə Fərəcli, şair AYB-nin üzvü, Prezident mükafatcısı Aysel Xanlarqızı Səfərli, AYB-nin üzvü, Prezident mükafatcısı şair Gülnar Ümid, AYB-nin üzvü, şair, yazıçı Aliyə Əzizgül də tədbirin qonaqları arasında idilər. Daha sonra şairə xanımların gətirdikləri kitablar mərkəzin kitabxanasına bağışlandı.
Eyni zamanda, Respublikada keçirilən COP-29 tədbirinə hazırlanmış “Yaşılım, yaşılım hara gedirsən” kitabı hədiyyə olaraq kitabxanamıza verildi.
“Mütaliə etməyin faydalari və müasir dövrdə uğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidir”mövzularında fikir mübadiləsi aparıldı.


Mütaliə özündə ” Kitaba sevgi, oxuya maraq” “Oxuduğunu qavramaq və anlamaq” kimi anlaşmanı birləşdirdiyindən tələbələrimiz bir daha əmin oldular.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights