Mütəllim RƏHİMOV: -“Türkiyənin bu addımı humanizm prinsiplərinə söykənir”

Türkiyə ilə Ermənistanı birləşdirən “Marğara” sərhəd-kecid məntəqəsi 21-31 mart tarixləri arasında açılıb. Türkiyə hökuməti bu tarixlərdə Ermənistandan Suriyaya humanitar yardım aparan 4 TIR-ın öz ərazisindən keçməsinə razılıq verib. Həmin TIR-lar nəzərdə tutulmuş yardımı Suriyaya çatdırdıqdan sonra eyni marşrutla Ermənistana qayıdacaqlar. Sərhəd yalnız bu məqsədlə açılıb və onun daimi olaraq açılması demək deyil. Bununla bağlı Türkiyə rəsmi mövqeyini də ifadə edib.
Türkiyənin bu addımı humanizm prinsiplərinə söykənir. Humanitar yardımın daşınması üçün Ermənistana imkan yaratması isə Azərbaycanın maraqlarına zidd addım anlamına gələ bilməz. Türkiyə və Azərbaycan regional və beynəlxalq siyasətdə hər zaman bir-birinin yanında olacaq. Bu isə artıq siyasət yox, tale məsələsidir.
Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights