Mütəllim Rəhimli: -“Ədalət”çilər həmrəylik nümayiş etdirməyi bacarırlar”

ELAZ.İNFO, BAKI, 22.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Ədalət Partiyası özünün yeni sədrini seçib. Bu partiyanın indiki sədri Mütəllim Rəhimlidir.

Partiya sədri Rəhim Mütəllimli bildirib ki, “Qurultayın heç bir qüsur olmadan, demək olar ki, bütün nümayəndələrin iştirakı ilə baş tutması onu göstərdi ki, “Ədalət”çilər lazımi məqamlarda bir araya gəlməyi, həmrəylik nümayiş etdirməyi bacarırlar. Bütün iş-gücünü atıb Azərbaycanın ən ucqar bölgələrindən, digər rayonlardan və Bakı şəhərindən gələn nümayəndələrimizin hər birinə təşəkkür edirəm”.

Yeni sədr onu da qeyd edib ki, “Qurultaya nümayəndə seçilə bilməyən, lakin partiyamıza sonsuz bağlılığına görə, onun işində iştirak edən üzvlərimizin fəallığı rəğbət doğurur və sabaha inamı artırır. Bu əzm, iradə və coşqu İlyas İsmayılovun müəyyən etdiyi siyasi dəst-xəttin davam etdirilməsinə sadiqlik nümayişi idi”.

Qurultayı dəstəkləyən siyasi və qabaqcıl fəallara, həmçini partiya və təşkilatlara təşəkkürünü ifadə edən sədr söyləyib ki, “Dəvətimizi qəbul edərək Qurultayda qonaq qismində iştirak edən millət vəkili, hörmətli Elçin Mirzəbəyliyə və Azad Vətən Partiyasının sədri Akif Nağıya, VHP, AMİP, Ümid, BQP, AXP, Ağ Partiyanın təmsilçiləri olan dəyərli həmkarlarımıza minnətdarlığımızı ifadə edirəm. Həmçinin, QHT təmsilçilərinə, ziyalılarımıza və Qurultayı anbaan işıqlandıran jurnalist dostlarımıza təşəkkürümüzü bildirirəm”.

Məlumat üçün bildirək ki, may ayının 17-də Ədalət Partiyası özünün IX Qurultayını keçirmişdi.

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights