Müstəqilliyin, Yerli Xanlıqların Süqutunun və İmperiya Zorakılığının Rəmzi – “Georgi lenti”

ELAZ.İNFO, BAKI, 21.05.2025.

Paskeviç faktoru və “Georgi lenti”nin Azərbaycan üçün alçaldıcı amili.

Azərbaycanda yerləşən bir sıra orta məktəblərin rəsm dərslərində hələ də ( əsasən rus bölmələrində) 9 may qələbə gününə həsr olunmuş rəsm dərslərində müəllimlər şagirdlərə “georgi lenti”-ni rəsmini çəkdirirlər.

Bu simvol Millət və Dövlətimiz üçün alçaldıcı və yad kimi qəbul olunmalıdır. Əsas səbəblərdən biri isə, rus generalı İvan Paskeviçin şəxsində tarixi torpaqlarımızın işğalı ilə bağlıdır.

İvan Paskeviç – 1826–1828-ci illər Rusiyanın Cənubi Qafqazı işğal etməsində baş rol oynamış şəxsdir.

Məhz onun rəhbərliyi ilə Rusiya ordusu İrəvan və Naxçıvan xanlıqlarını zəbt etdi.

Bu uğurlara görə Paskeviçə “İrəvanski qrafı” titulu verildi və o, Georgi ordeni ilə təltif olundu.

Bu səbəbdən Georgi lenti Azərbaycan üçün təkcə İkinci Dünya Müharibəsində qələbə simvolu deyil, həm də Azərbaycan torpaqlarının işğalında mühüm rol oynamış bir şəxsə verilmiş mükafatın simvoludur.

Yəni bu lentin Azərbaycan xalqı üçün mənası – müstəqilliyin, yerli xanlıqların süqutunun və imperiya zorakılığının rəmzi kimi dərk olunmalıdır.

Buna görə də Azərbaycanda bu lentin mövcudluğu tarixi yaddaşa və milli kimliyə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.

P. S. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xahiş edirəm məsələ ilə bağlı təhsil ocaqlarına göstəriş verilsin.

P. P. S. Təəsüflər olsun ki, Wikipedia nın Paskeviçə həsr olunmuş məqalənin Azərbaycan bölməsində yuxarıda göstərilənlər qeyd olunmayıb.

Sabit COCULU

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights