Araşdırmalara görə, İran-İsrail-ABŞ müharibəsi yalnız ilk iki həftədə 5 milyon ton karbon emissiyası yaradıb ki, bu da İslandiyanın illik emissiyalarını aşaraq ətraf mühitə böyük ziyan vurub.
ELAZ.İNFO xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının və müxtəlif iqlim təşkilatlarının məlumatlarına görə, bölgədə həyata keçirilən 300-dən çox hücumdan 232-si birbaşa ekoloji risklər yaradır,
Onu da qeyd edək ki, İrandakı neft obyektlərinin və Səudiyyə Ərəbistanındakı Ras Tanura neft emalı zavodunun hədəfə alınması atmosferi zəhərli duman və zəhərli qazlarla doldurur.
İnsan itkisinə əlavə olaraq, milyonlarla ton karbon emissiyasına səbəb olan bu proses neft obyektlərinə edilən hücumlar səbəbindən insan sağlamlığı və təbii sərvətlər üçün dönməz risklər yaradır.
İlahə BAYINDIR