XTQ-nin giziri, Vətən Müharibəsi qazisi, “Ovçu” ləqəbli əfsanəvi snayper Famil Fərəcov.
Qeyd edim ki, bu gün qəhrəman qazimizin doğum günüdür. İgidimizə sağlamlıq və uzun ömür arzulayır, uğurlar diləyirik! Biz sizinlə fəxr edirik vətənin qəhrəman oğlu!
“2011-ci ildə ilk dəfə yaralandım. Həmin vaxt düşmən snayperindən birini vurdum, o biri isə məni vurdu. Xoşbəxtlikdən güllə silahın optik nişangahına dəyib divara girdi. Güllənin və əsas da daş qırıntıları üzümə və gözümə girdi. Bu səbəbdən gözümdən əməliyyat olundum. Əməliyyat zamanı gözümün bülluru götürülüb əvəzində linza qoyuldu”-deyə qəhrəmanımız təəssüflənmədən danışdı.
Aydan ŞƏRBƏTOVA
