Müharibə və Media- Savaş Ocaqları

ELAZ.İNFO xəbər verir ki, CNN dünyada ən məşhur qlobalist mediasıdır. Qlobaalistlər üçün Trampın seçkiqabağı xal itirməsi çox vacibdir. Onlar Trampın nüfuzdan düşməsi, təbliğat yalanlarının ifşa olunması üçün hər şeyi edəcəklər deyə İran məhz CNN-i ölkəyə buraxıb və canlı yayıma çıxmasına icazə verib.

Xalq ABŞ-da müharibə zonasından xəbərləri görmək və dinləmək üçün hara baxmalıdırlar – təbii ki, yalnız CNN-ə. CNN ABŞ-İsrail raketlərindən ölən mülki insanlar, mülki obyektlərin dağıdılması, əhalinin iradəsinin sınmaması və ölkə rəhbərliyini dəstəkləməsi və s. haqqında ABŞ rəsmi təbliğatının əksinə olan reportajlar təqdim edir. Belə olduğu halda ABŞ əhalisi kimə inanacaq: Trampa, yoxsa hadisə yerindən reportajlar təqdim edən CNN-ə? Beləliklə, İran ABŞ-ın öz (etibar etdikləri) mediası ilə Tramp təbliğatına qarşı informasiya müharibəsi aparır.

Digər qlobalist mediası NBC telekanalının İranın xarici işlər naziri Abbas Əraqçi ilə canlı videomüsahibəsi də eyni qəbildəndir. Əraqçi müsahibədə Trampın yalanlarını ifşa edir və İranın heç nədən qorxmadığını təmkinlə izah edir. Bu müsahibə əsl təbliğat bombası idi.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights