Müharibə noyabrın ortalarınadək başlamalıdır

10 oktyabrda ilk baxışda bir-biri ilə əlaqəsi olmayan 2 maraqlı hadisə baş verdi:

– ABŞ-ın Tennesi ştatında partladıcı maddələr istehsal edən Accurate Energetic Systems zavodu partladı. Partlayış nəticəsində zavoddan heç nə qalmayıb, tikələri tapılmadığına görə ölənlərin dəqiq sayı hələlik məlum deyil.

– Tramp Çinə qarşı növbəti qəzəbli mesajını yazdı və onu 1 noyabrdan Çin mallarına əlavə 100% tarif tətbiq edəcəyi ilə hədələdi.

Məncə, bu hadisələr bir-biri ilə əlaqəlidir. Necə?

1 aydan çoxdur ki, ABŞ 2 regionda hərbi qüvvələrini cəmləyir: Venesuela ətrafında və İran ətrafında. İranla müharibələrin yaxın zamanlarda başlayacağı çox realdır. Niyə?

▪️İran ətrafında olan ABŞ hərbi bazalarından zəruri olmayan personal artıq çıxarılıb.

▪️Yaxın Şərq regionundakı hərbi bazalara çoxlu yeni təyyərələr və aviatankerlər gətirilib.

▪️Hind okeanı və Aralıq dənizindəki ABŞ və Britaniya donanmaları əlavə gəmilərlə gücləndirilib.

▪️12 günlük müharibədən sonra ABŞ İsrailə THAAD raket hücumundan müdafiə sisteminin əlavə 5 buraxılış qurğusunu da gətirib. Beləliklə, balaca İsraildə 11 belə qurğu yerləşdirilib, heç bir ölkədə onların sayı 3-dən çox deyil. Əlavə qurğuların hamısı Neqev səhrasında yerləşdirilib. Məlumat üçün deyim ki, İsrailin Dimon nüvə mərkəzi də burada yerləşir.

▪️Qəzzada sülh elan olunması da gözlənilən müharibə ilə bağlı ola bilər ki, İsrail ordusu bir müharibəyə fokuslansın.

▪️İran 10 sentyabrda BAEA ilə nüvə proqramının beynəlxalq inspeksiyası ilə bağlı müqavilə bağlasa da ABŞ-ın təzyiqi ilə Avropa üçlüyü (Britaniya, Fransa və Almaniya) onu qəbul etmədilər. Bu isə 2015-ci ildə imzalanmış “Birgə Hərtərəfli Fəaliyyət Planı”nı qüvvədən saldı. Nəticədə İranın nüvə proqramı beynəlxalq nəzarətdən kənarda sayıldığı üçün 28 sentyabrda BMT TŞ İrana qarşı qəbul olunmuş, lakin BHFP-dan sonra dayandırılmış sanksiyaları bərpa etdi. Rusiya və Çin BMT TŞ qərarı ilə razılaşmadıqlarını və sanksiyalara qoşulmadıqlarını bəyan etdilər. BMT-nin İranı nəzarətsiz uran zəngiləşdirməsində ittiham etməsi faktiki olaraq ona qarşı hərbi əməliyyatlara başlamağa legitim əsas yaratdı.

▪️Noyabr ayının ortalarından mart ayınadək, bir qayda olaraq, ABŞ hərbi əməliyyatlar keçirmir. Bu dövrdə hava çox vaxt duman və ya yağıntılı olduğu üçün çoxsaylı naviqasiya problemləri yaranır. Buna görə də hesab edirəm ki, müharibə noyabrın ortalarınadək başlamalıdır, əks halda marta qədər gözləməli olacaqlar.

▪️Belə böyük hərbi kontingentin 2 regionda toplanması onsuz da maliyyə vəziyyəti yaxşı olmayan ABŞ üçün böyük xərclərə səbəb olur. Onları burada aylarla saxlayıb, əbəs yerə xərc çəkməyin mənası yoxdur.

▪️Məlumatlara görə, ABŞ Yaxın Şərqə bunker bombaları daşıya bilən strateji bombardmançı təyyarələr gətirib. Xatırladıram ki, bu təyyarələr həm də nüvə bombası daşıya bilirlər.

▪️Başqa məlumatlara görə İsrail sualtı qayıqlarına 70-ə yaxın nüvə bombası yükləyib və bu qayıqlar Ərəb dənizində üzürlər. Ərəb dənizinin özəlliyi bundadır ki, orada unikal sualtı cərayənlar istənilən kəşfiyyat qurğusunun sualtı qayığı aşkar etməsini az qala mümkünsüz edir.

İranla paralel Venesuelada da müharibənin başlayacağı barədə ehtimalımı yazmışdım.

Ardı var…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights