Site icon

Mühafizə xidməti tam heyətdə istefa verməlidir…

Bu səhnələrdən sonra mühafizə xidməti tam heyətdə istefa verməlidir…

“Hilton” otelindəki sui-qəsdə cəhd hadisəsi ABŞ-ın ən elit mühafizə xidmətinin də əsl vəziyyətini göstərdi. Bunların üzünü Hollivud ağ edirmiş.

Atışma səsləri gəlir. Dərhal vitse-prezidentin mühafizəsi gəlir və onu yerindən qopardıb aparır. Prezidentin mühafizəsi isə gecikir. Sonra isə mühafizəçilər sistemsiz şəkildə və panika içində Trampa yaxınlaşırlar. Heç kimin əlində prezidenti qorumaq üçün gülləkeçirməz qalxan yoxdur. Peşəkar terrorçu zala girsəydi, Trampı vurmaq üçün kifayət qədər imkanı olacaqdı.

Mühafizəçilər Trampı itələyə-itələyə apardılar, yolda hələ yıxdılar da. Amma 1-ci xanımı unutdular. Əslində, onun da öz mühafizəsi var, lakin onlar gözə dəymədilər. Tramp da qaçanda arvadı yadından çıxdı. Trampı apardılar, Melanya isə stolun altında gizləndi. Az sonra heç kimin köməyi olmadan özü bir təhər zaldan çıxdı.

Hələ terrorçunun bu qədər silahla ölkə prezidentin, 1-ci xanımın, vitse-prezidentin, müharibə nazirinin, FTB direktorunun və onlarla başqa rəhbər şəxslərin olduğu otelə girə bilməsi ayrı komediyadır.

Əslində, bu səhnələrdən sonra mühafizə xidməti tam heyətdə istefa verməlidir…

Məclisin pozulduğunu görən jurnalistlər isə qiymətli şərab şüşələrini qoltuqlarına vurub aparırdılar. Tərs kimi, şadlıq sarayının kameramanı da bunları çəkirmiş.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın
Exit mobile version