Müğənninin Moskvadakı lüks mənzili satışa çıxarıldı: Qiyməti 400 milyona yaxındır

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın estrada ulduzu Alla Puqaçovanın Moskvada, Arbat rayonunda yerləşən dəbdəbəli mənzili satışa çıxarılıb. Daşınmaz əmlak bazarı mənbələrinin verdiyi məlumata görə, mənzil üçün 5 milyon dollar (təxminən 391,2 milyon rubl) qiymət təyin edilib.

Məşhur “Filippovskiy” yaşayış kompleksində yerləşən bu mülkün ümumi sahəsi 300 kvadratmetrdir. Satış şərtlərinə iki avtomobil dayanacağı (maşın-yeri) da daxildir. Binanın yuxarı mərtəbələrindən birində yerləşən mənzildən Moskvanın panoramik mənzərəsi açılır.

Ekspertlər qeyd edirlər ki, mənzilin yerləşdiyi bina uğurlu nöqtədə olsa da, Arbatın döngələri nəqliyyat logistikası baxımından bir qədər mürəkkəbdir. Buna baxmayaraq, mənzilin məhz Puqaçovaya məxsus olması onun bazar qiymətindən baha satılmasına səbəb ola bilər. Müqayisə üçün bildirək ki, həmin binanın 6-cı mərtəbəsində təmirli digər mənzil hazırda 265 milyon rubla təklif olunur.

Daşınmaz əmlak üzrə mütəxəssislər satışın ən azı yarım il çəkəcəyini proqnozlaşdırırlar. Bunun əsas səbəbi kimi alıcıların məşhur media simaları ilə bu cür böyük məbləğli sövdələşmələrə ehtiyatla yanaşması göstərilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights