Müğənnini tok vurdu

ELAZ.İNFO xəbər verir ki, amerikalı müğənni Katy Perryni ötən gün Şimali Karolina ştatının Raleigh şəhərində verdiyi konsert zamanı dəhşətli elektrik cərəyanı vurub.

İşıqlı naqillərə bağlanaraq havada asılı vəziyyətdə çıxış edən Perrini qəfil elektrik cərəyanı vurub. Müğənni hadisə zamanı qısaca büdrəsə də, ifasını davam etdirib.

Turu boyu səhnə qəzaları ilə bağlı xəbərlərdə olan Perri əvvəllər bir neçə dəfə yıxılmağa yaxın olub. Məlumat üçün bildirək ki, ötən həftə bir azarkeş də bu səhnədə huşunu itirib.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights