Müəllim kollektivinin gənc istedadlara qürur dolu təbriki

ELAZ.İNFO xəbər verir ki, Salyan rayonu Yenikənd kənd uşaq musiqi məktəbində Novruz şənliyi və müqəddəs Ramazan bayramının gəlişi münasibətilə təntənəli bayram konserti keçirilib.

Tədbirin ən yadda qalan məqamı müəllim heyətinin öz yetirmələrinə göstərdiyi diqqət olub. Başda məktəbin direktoru olmaqla, müəllimlər şagirdlərin çıxışlarından böyük razılıq etdiklərini, çəkilən zəhmətin öz bəhrəsini verdiyini ifadə ediblər. Pedaqoji kollektiv istedadlı uşaqlara gələcəkdə daha möhtəşəm konsert salonlarında, böyük səhnələrdə parlamğı arzulayıblar. Tədbirin sonunda müəllimlər tərəfindən bütün iştirakçı şagirdlərə həvəsləndirici hədiyyələr təqdim olunub. Kollektiv həm Novruz, həm də Ramazan bayramı münasibətilə uşaqları və valideynləri səmimi qəlbdən təbrik edib.

Məktəbin şagirdləri isə öz növbələrində müəllimlərinin etimadını doğruldaraq, yüksək potensial nümayiş etdiriblər. Azyaşlı olmalarına rəğmən, onlar öz məlahətli səsləri, milli rəqsləri və musiqi alətlərindəki peşəkar ifaları ilə konsertə xüsusi rəng qatıblar. Çıxışlardan sonra şagirdlər onlara sənətin sirlərini öyrədən müəllimlərinə, məktəb rəhbərliyinə və təşkilatçılara dərin minnətdarlıqlarını bildirərək, bu uğurları məhz müəllim əməyinin nəticəsi kimi qiymətləndiriblər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights