ELAZ.İNFO xəbər verir ki, qan donduran hadisəTürkiyədə- Arnavutköydə baş verib.Səhər saatlarında dayanmış avtomobilində gözləyən Temel Bodura iki nəfər atəş açıb. Bodur aldığı güllə yaralarından ağır yaralanıb. Şəxslər hadisə yerindən qaçıblar. Ağır yaralanan Bodur xəstəxanaya aparılıb. Əldə edilən məlumata görə, hadisə səhər saat 07:00 radələrində Adnan Menderes məhəlləsi Gülbağlar küçəsində baş verib.
Baş verən hadisə anbaan kameraya tuş gəlib.Müdafiəsiz bir insan öldürülməyə cəhd edilib.
Aydan ŞƏRBƏTOVA