ELAZ.İNFO xəbər verir ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini müzakirə edəcək. Hər üç nazir təmsil etdikləri ölkələrlə qarşı tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsini masaya yatıracaq.
Görüşdə təyinatı üzrə bəyənnamə imzalanacaq və bu bəyannamə barədə ictimaiyyətə məlumat veriləcək.
Məlumat üçün bildirək ki, növbəti görüş Azərbaycanda keçiriləcək.
Günel GÜNTAC