ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında işgüzar səfərdədir.
Bu barədə Müdafiə nazirliyindən məlumat verilıib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.
Aydan
