Müdafiə naziri Belarusa getdi

ELAZ.İNFO Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.
Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə ziyarəti nəzərdə tutulub.

Bizimlə oxuyun
Verified by MonsterInsights