Müdafiə məsələlərinə həsr olunan sammit keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, Finlandiya Baş naziri Petteri Orpo dekabrın 16-da ölkənin “Eastern Flank” (Şərq cinahı) sammitinə ev sahibliyi edəcəyini bildirib.

Bu barədə P.Orpo Brüsseldə Avropa İttifaqı (Aİ) sammitinin başa çatmasından sonra məlumat verib.

Görüşün Helsinkidə keçiriləcəyi ehtimal olunur.

Tədbirdə Baltik ölkələri, Polşa, Rumıniya və Bolqarıstan – yəni Aİ-nin şərq sərhədlərində yerləşən dövlətlər iştirak edəcəklər.

Sammitin əsas məqsədi şərq sərhədlərinin müdafiəsinin gücləndirilməsi üzrə praktik əməkdaşlığa başlamaq, həmçinin Aİ-nin növbəti çoxillik büdcəsi çərçivəsində bu təşəbbüslərin maliyyələşdirilməsi məsələlərini müzakirə etməkdir.

N.B

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights