Təhsil – sosial eksperiment deyil, o, uzunmüddətli təsir yaradan, insan kapitalını formalaşdıran strateji sahədir. Bizim təhsildə müşahidə olunan mənzərə isə tam paradoksdur.
ETN təhsil tədqiqatçıları ilə müzakirələr aparmır, onların intellektual potensialından istifadə etmir, digər tərəfdən isə bu sahəyə aidiyyatı olmayan bloqerlərlə hay-küylü ictimai müzakirələr təşkil edir. Bu təhsilin inkişafına nə fayda verə bilər?
Belə yanaşma təsadüfi deyil, bu, sistem səhvidir. Deməli ETN bu proseslərdə elmin rolunu görmür.
ETN-nin adında elm sözü olsa da, əməlində elm hiss edilmir. ARTİ kimi ölkədə təhsilin elmi təminatı ilə məşğul olan yeğanə qurumun elmi fəaliyyətini bloklayan menecerlərin belə “fəaliyyəti” təbiidir.
Təhsil kimi mürəkkəb və dinamik bir sistemin elmsiz idarəedilməsi cəhdi, intuisiya ilə təhsil sistemi qurmaq kimidir.
İntuisiya ilə dövlətin təhsil siyasəti və təhsil idarəsinin sonu, tərsinə qurulmuş təhsil sistemi olar.
İlham Əhmədov