Müasir İran “dövləti” İngilis cəsuslarının Qacarlar dövlətində 1800-cü ildən 1925-ci ilə qədər öz maraqları üçün yaratdığı millətci rejimdir. Yəni İngilis cəsuslarının yaratdığı “məhsuludur”! Yarandığı gündən bu rejimin iki dəfə xarici görünüşünü dəyişiblər. 1925-ci ildən 1979-cu ilə qədər Rza “şah” sülaləsi görkəmində, 1979 cu ildən bu günə qədər isə “İslam” görkəmində mövcudluğunu saxlayır. İranı hər dəfə Rusiya, İngiltərə və ABŞ-ın “əlindən alıb” öz təsir zonasına salanda, ABŞ, qərb, İngiltərə bu rejimi Rusiyanın əlindən alıb yenidən öz təsir zonasına salmaq üçün mübarizə aparıb. ABŞ, qərb güc mərkəzi İranda bir il ideoloji və informasiya işini aparandan sonra 1979-cu ildə hazırladıqları R.Xomeynini xaricdən İrana gətirib “İslam” respublikasını yaratdılar. Təxminən 10 ildən də az bir vaxtda Rusiya öz geostrateji diplomatiyası ilə “İslam” görkəmində olan bu rejimi yenə də öz təsiri altına saldı. ABŞ, qərb güc mərkəzi, İranı rəqibi Rusiyanın əlindən almaq üçün uzun illər müxtəlif təzyiqlərlə, sanksiyalarla İrana hücum edirdi. Artıq 2026 il fevralın 28 dən İsraillə birlikdə ABŞ İrana açıq hərbi hücum edərək onu Rusiyanın əlindən almaq istəyir. ABŞ-İsrail artıq 40 gündən çoxdur İranda 1300 müxtəlif hərbi obyektləri dağıdıb, butün siyasi, hərbi, “dini” rəhbərləri öldürüb. ABŞ-ın artıq geriyə yolu yoxdur. İki həftəlik atəşkəsdən sonra İrana ikinci hücum mərhələsinə başlayacaq. İranda İslam masqası taxmış bu rejim yox olmasa, İranı Rusiyanın təsiri altından çıxartmasa hücumlar davam edəcək. Hər dəfə İran adlı məkanda köklü hakimiyyət dəyişikliyi ancaq Azərbaycan Türklərinin İradəsilə mümkün olub. İranda Azərbaycan Türklərinin hakimiyyəti bərpa olunmalıdır! Bax o zaman İran ABŞ-la da, İsraillə də, Rusiya ilə də və bütün dövlətlərlə dost və etibarlı müttəfiq olacaq! Bu gun İran hadisəsinin əsas mahiyyəti budur. Qalan nə danışılırsa hamısı taktiki gedişlərdir. Əsas məqsədi gizlətmək üçün vasitələrdir, masqadır, bəhanələrdir. ABŞ-ın NATO-dan çıxması haqqında deyilən sözlər, Avropa dövlətlərini kömək etmədiyi üçün tənqid etməsi və s. hamısı bəhanələrdir. İran rejimi ya gizli kanallarla ABŞ-la müəyyən sövdələşməyə gedəcək, ya da, tamam dağılıb, yüzüncü dərəcəli məmur ABŞ-la razılaşacaq. Beləliklə İran yenə də gələcəkdə də real olaraq geosiyasi müharibələrin meydanı olma ehtimalını özündə saxlayacaq. İranın bu ağır vəziyyətə düşməməsi üçün, İranın butün dövlətlərlə, dost və etibarlı müttəfiq olması üçün, İranda Azərbaycan Türkləri mütləq hakimiyyətini bərpa etməlidir! İran xalqı, əgər siz azad, müharibəsiz, sülh içində, bərabərhüquqlu xoşbəxt yaşamaq istəyirsizsə, əgər İran dövlətini həqiqətən də tam müstəqil olmasını istəyirsizsə, birləşin Azərbaycan Türklərinin hakimiyyətini bərpa edin!
Tahir Ələkbərov