Müasir dünyamız sürətlə qütübləşir

ELAZ.İNFO

Müasir dünyamız sürətlə qütübləşir. Tarixdə də, bu gün də, sabah da Dünyanı güclər idarə edəcək. Tarixən əsrlər boyu TÜRK ETNOSU DÜNYAYA HÖKMRANLIQ ETMİŞDİR! Bu gün Türk dövlətləri və bütün Türk dünyası bu tarixi qüdrətini özünə qaytarmalıdır! İkinci güc mərkəzi olan Rusiya Federasiyasının alimləri, siyasətçiləri də, Çin də çox qütbülük nəzəriyyəsini inkişaf etdirərək bu istiqamətdə siyasət aparmaqdadır. Rusiya ziyalıları, alimləri siyasətçiəri hesab edir ki, dünyada hər bir svilizasiya bir qütb, yəni bir güc mərkəzi olmalıdır. Rusiya ziyalıları öz düşüncəsi ilə dünyada olan svilizasiyaları belə hesab edirlər ki, dünya Rusiya sivilizasiyası, Çin sivilizasiyası, İslam dünyası sivilizasiyası, Afrika sivilizasiyası, Latın Amerika sivilizasiyası, ABŞ, İngiltərə, qərbi Avropa sivilizasiyalarından ibarətdir. Rusiya ziyalıları, siyasətciləri nədənsə böyük, zəngin və qədim Türk sivilizasiyasını görməzdən gəlirlər. Bunu da məlumdur ki, müasir Rusiya Federasiyasının ərazisinin böyük hissəsi, əzəli Türk torpaqlarıdır və bu torpaqlarda bu gün də Türk xalqları yaşayaraq öz mədəniyyətini. mənəviyyatını zənginləşdirməkdədir. Buna görə də Rusiya ziyalıları bu gün Türk sivilizasiyasını görməzdən gəlirlər. Dünyada əsasən liberalizm ideologiyasının daşıyıcıları olan birinci güc mərkəzi ABŞ, İngiltərə, qərb sivilizasiyası hesab edir ki, onların dünyaya təqdim etdiyi düşüncə, yenilikdir, daha doğrudur və bu bütün bəşəriyyətə uyğun gəlir və bunu hamı qəbul etməlidir. Onlar da belə hesab edir ki, dünyada bir düşüncə tərzi, bir sivilizasiya, bir güc mərkəzi var o da bunları dünyaya təkidlə təbliq etdikləri düşüncədir. Çin də ABŞ və qərbdən yeni texnalogiyalar alıb iqtisadiyatını sürətlə gücləndirsə də, maliyyə və iqtisadi cəhətdən birinci güc mərkəzindən müəyyən asılılığı olsa da, ən qədim sivilizasiya olduğunu və ən güclü qütbə, güc mərkəzinə malik olduğunu davamlı olaraq bütün dünyaya bildirir. Qalan sivilizasiyalar olan Afrika, İslam dünyası, Latın Amerika sivilizasiyaları da olduqca zəif və bu istiqamətdə hələ də aşağı düşüncə səviyyəsində olduğundan daha böyük güc mərkəzlərindən asılı olmağa məhkumdurlar. Ulu Öndər Heydər Əliyevin böyüklüyü həm də onda idi ki, müasir dövrdə o, Türk dünyasında hamıdan əvvəl dünyada olan bu güc mərkəzkərinin mübarizəsini bilirdi, görürüdü və ona görə də 2009 cu ildə Naxşıvanda Türk dünyasının haqlıarının ehtibarlı qoruyacaq güc mərkəzinin, Türk Dövlətləri Təşkilatının əsasını qoydu və ilk toplantılarını keçirtdi. TÜRK SİVİLİZASİYASININ daha qədim və daha zəngin olduğunu, Türk xalqlarından daha çox digər güc mərkəzlərinin subyektləri yaxşı bilir. Ona görə də hələ ki, TDT- nın varlığını görməzdən gəlirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu istiqamətdə “BİZİM EVİMİZ TÜRK DÜNYASIDIR.! BİZİM BAŞQA EVİMİZ YOXDUR! BİZ BURADA ÖZÜMÜZÜ YAXŞI HİSS EDİRİK!” düşüncələrini bütün Türk dünyasına, Türk dövlət rəhbərlərinə və bütün dünyaya cəsarətlə BƏYAN ETMƏSİ, BÖYÜK TÜRK SİVİLİZASİYASINİN OLDUĞUNU VƏ BU SİVİLİZASİYANI TƏMSİL EDƏN GÜC MƏRKƏZİNİN OLDUĞUNU DA, DÜNYAYA BƏYAT ETDİ! Cənab İlham Əliyevin bu sözləri həm də bütün Türk dövlətlərindən olan həmkarlarına bu istiqamətdə fəaliyyətə başlamaq üçün bir Çağırışı idi. Türk Dövlətləri Təşkilatı (TDT) bu gün qütbləşən dünyada, ayrıca bir sivilizasiyanı təmsil edən GÜC MƏRKƏZİDİR! Bu güc mərkəzini (TDT) bütün Türk dünyası birlikdə hər gün gücləndirməlidir və GÜCLƏNDİRİR! BÖYÜK TÜRK XALQLARI TARİXİ QÜDRƏTİNİ ÖZÜNƏ QAYTARMALIDLR! BU, ZAMANIN TƏLƏBİDİR! TÜKR DÖVLƏTLƏRİ VƏ XALQLARI BİRLƏŞİB TDT-nı GÜC MƏRKƏZİ SƏVİYYƏSİNƏ YÜKSƏLTMƏSƏ, DİGƏR GÜC MƏRKƏZLƏRİNİN İSTİFADƏ ETDİKLƏRİ OBEYT OLACAQ!

Tahir Ələkbərov

Bizimlə oxuyun
Verified by MonsterInsights