ELAZ.İNFO xəbər verir ki,dünən Gəncədə “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.
Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.
Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.
Aydan ŞƏRBƏTOVA
