Müəmmalı ölüm- Muhsin YAZIÇIOĞLU

Muhsin Yazıçıoğlu! Bu ad cəmiyyətimizin çox qisminə tanışdır. 31.12.1954-cü ildə anadan olmuş, 16 il öncə -25.03.2009-cu ildə helikopter qəzasında vəfat etmişdir. Türkiyədə millət vəkili, Böyük Birlik Partiyasının sədri olmuşdur. İlk olaraq bu məlumatlar adi görsənir. Amma onun həyat yolu ilə dərindən tanış olanda, eyni zamanda barəsində olan məlumatları araşdıranda nə qədər sirli bir şəxsiyyət olması qənaətinə gəlir insan.
Gənc yaşlarından millətçilik ideologiyası ilə fəaliyyət göstərmiş, bir çox dərnəklərdə aparıcı şəxslərdən olmuşdur. Adı bu gündə türk düşmənlərini lərzəyə gətirən Abdulla Çatlı Türkiyədə həbs olunarkən rəsmi dövlət qurumlarını terror iddiasıyla təhdid edən Muhsin Yazıçıoğlu Çatlını azad etdirməyə nail olmuşdur. O, rəsmi olaraq helikopter qəzasında vəfat etdiyi deyilsə də bu günədək mübahisəlidir. Onun nəşi hadisə yerindən onlarla kilometr uzaqdan aşkarlanmışdır.

 

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights