Mövqelərimiz yenidən atəşə tutuldu

ELAZ.İNFO xəbər verir ki, mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyi məlumatın doğruluğunu təsdiqləyib və bildirib ki, “bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”.

ELAZ.İNFO 

Bizimlə oxuyun
Verified by MonsterInsights