ELAZ.İNFO Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada “Azərbaycanın mühacirət ədəbiyyatı” kitabı nəşr olunub. Nəşrdə Baninin “Qafqaz günləri” və Qurban Səidin “Əli və Nino” romanlarına yer verilib.
Kitabın tərtibçisi diaspor fəalı, tibb elmləri doktoru, professor Mehman Məmmədovdur. O, son 5 il ərzində Moskvada Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra kitablar çap etdirib.
Məhdud sayda çapdan çıxan “Azərbaycanın mühacirət ədəbiyyatı” kitabı Rusiya ilə MDB ölkələrinin kitabxanalarına, ixtisaslaşmış qurumlarına hədiyyə olunacaq.