ELAZ.İNFO BAKI 15.05.2025
ELAZ.İNFO xəbər verir ki,rəsmi Moskva Bakı ilə münasibətlərin tam potensialını üzə çıxarmağı hədəfləyib.
Elaz.info Reporta istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətlərini 2022-ci ilin fevralında ən yüksək səviyyədə imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə əsasında qurur.
Aysun NƏCƏFOVA