ELAZ.İNFO xəbər verir ki, Moskva 2026-cı ildə birbaşa artilleriya atəşinə məruz qalmış Donetsk rayonlarının bərpası üçün sistemli işə başlayacaq. Bunu paytaxtın meri Sergey Sobyanin “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.
Sobyanin bildirib ki, “Hazırda ciddi vəzifələrdən biri birbaşa artilleriya atəşinə məruz qalmış Donetsk rayonlarını bərpa etməkdir. Bu gün düşmən geri çəkilib və gələn ildən biz sistemli şəkildə bu rayonlara daxil olacağıq – orada görüləsi çox iş var”.
O qeyd edib ki, Moskva qardaş şəhərlər olan Luqansk və Donetskin bərpasına daim yardım edir. Belə ki, paytaxtda minlərlə obyekt – yaşayış binaları, uşaq bağçaları, məktəblər, xəstəxanalar təmir olunur, yollar abadlaşdırılır, kommunal şəbəkələr bərpa olunur.
İlahə BAYINDIR