Monako-ya ağır zərbə: Aleksandr Qolovin Parijlə matçı buraxacaq

ELAZ.İNFO xəbər verir ki, Fransa çempionatında çıxış edən “Monako”nun aparıcı yarımmüdafiəçisi Aleksandr Qolovin zədələnib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 29 yaşlı futbolçu komandasının növbəti turda “Parij”ə qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək. Həkim müayinəsindən sonra futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb. Bu zədə Qolovinin yaxın günlərdə yaşıl meydanlara qayıtmasına mane olacaq.

Qeyd edək ki, Qolovin 2018-ci ildən “Monako”da çıxış edir. Bu mövsüm o, 31 oyunda meydana çıxaraq 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Fransa çempionatının 29-cu turu çərçivəsində keçiriləcək “Parij” – “Monako” matçı bu gün, 10 aprel tarixində baş tutacaq. Hazırda “Monako” 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, “Parij” isə 32 xalla 13-cü yerdədir. Əsas pleymeykerin yoxluğu “Monako” üçün ciddi itki hesab olunur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights