Mollaların beyinsizliyinin əziyyətini onlar da çəkəcəklər

Belə bir durum var:

-İran illərdir rəsmən bəyan edir ki, atom silahı hazırlayıram. Dünya da deyir ki, eləmə, etmə. İndi İsrailin hücumları işığında Azərbaycanda bəzi adamlar çıxıb iddia edir ki, İran atom silahı hazırlamaq niyyətində deyil, ona şər atırlar ki, hücum üçün bəhanə olsun. Ay balam, o bəhanəni mən vermişəm dünyaya? İran dövlətinin ən başındakılar deyir axı atom silahı hazırlayırıq. İndi biz niyə tənqid olunuruq buna görə? Hələ onu da deyirlər ki, Səddam Hüseyni (o dərin getmiş də bir türk düşməni idi!) də beləcə şərləyib çərlətdilər.

Adama deyərlər, dilini dinc qoy, heç kimin də səninlə işi olmasın da. Yatırsan, durursan, dünyanı hədələyirsən. 10 illərdir İsraili yer üzündən siləcəyini bəyan edirsən. İsrail də hücum edəndə onunla bacarmayıb bizi hədəfə alırsan! Nə gündəsən, ay vİran?! Dön bir özünə bax, günah heç kimdə deyil, sənin özündədir…

İranın çıxış yolu: dərhal hücumları dayandırıb masa arxasına oturmaq! Əks təqdirdə Suriya ssenarisi işə düşəcək. Bunu isə şəxsən mən heç arzu etmirəm. Çünki ölkə əhalisinin az qala yarısı bizdəndir – türkdür. Mollaların beyinsizliyinin əziyyətini onlar da çəkəcəklər yenə illər uzunu…

Azər HƏSRƏT

Bizimlə oxuyun
Verified by MonsterInsights