Molla rejimi heç vaxt bizə qarşı eyni canıyananlığı göstərməyib

Bu fotoşəkildən də göründüyü kimi ötən gün Tehranın simvolu olan “Azadi Qülləsi” Ermənistan bayrağının rənglərilə işıqlandırılıb.

İran mediasının məlumatına görə, “Azadi Qülləsi”nin Ermənistan bayrağına bürünməsi bu ölkənin müstəqilliyinin 34-cü ildönümünü münasibətilə gerçəkləşdirilib.

Qüllənin Ermənistan bayrağına büründüyü zaman Ermənistanın dövlət himni də səsləndirilib.

Fars-molla rejimi bu addımı ilə Ermənistanın rəsmi bayramı olan 21 sentyabr – Müstəqillik Günü münasibətilə ermənilərə “dostluq və qardaşlıq” jesti edib.

Lakin maraqlıdır ki, İrəvanın özündə isə mərkəzi teleqüllənin Ermənistan bayrağının rəngləri ilə işıqlandırılmasına heç bir təşəbbüs göstərilməyib. Həmçinin, əvvəlki illərdən fərqli olaraq bu dəfə Ermənistan hökuməti sentyabrın 21-də “Yerablur” məzarlığını da ziyarət etməyib. Bu da onunla bağlıdır ki, Paşinyan artıq erməni ictimaiyyətində revanşist hisslərin baş qaldırmasına rəvac verə biləcək heç bir tədbirlərin keçirilməsini istəmir. O, erməni cəmiyyətini sülhə hazırlamağa çalışır.

Lakin 2023-cü ilin sentyabrında Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardım paylayan və “Rusiya sizinlədir!” şüarını səsləndirməklə ermənilər arasında separatçılığı yenidən körükləməyə çalışan Rusiyadan nümunə götürən İranın molla rejimi isə Tehranın simvolu olan qülləni erməni bayrağının rəngləri ilə işıqlandırmaqla yersiz canıyananlıq göstərir.

Yeri gəlmişkən, molla rejimi heç vaxt bizə qarşı eyni canıyananlığı göstərməyib və “Azadi Qülləsi” Azərbaycan bayrağına bürünməyib.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights