Moldovada Avropa yönlü partiya qalib gəldi

ELAZ.İNFO xəbər verir ki, Moldovada keçirilən seçkilərdə Aİ-yönlü partiya qalib gəlib. “Rusiyanın seçkilərə müdaxiləsi” ilə bağlı müzakirələrin kölgəsində başlayan parlament seçkiləri yeni müddəti müəyyən edəcək parlament seçkilərini formalaşdırmaqla yekunlaşıb.

Məlumat üçün bildirək ki, seçkilərdə iştirak 52 faizə çatıb. Qeyri-rəsmi nəticələrə görə, prezident Maia Sandunun Aİ tərəfdarı siyasət yürüdən Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Rusiya yönümlü PAS 49,63 isə faiz səs toplayıb.

Rusiyayönlü “Vətənpərvərlər Bloku” isə gözləntiləri doğrultmadı və Moldova parlamentində müxalif mövqeyini qoruyub saxladı. Bununla belə, vətənpərvər blok iddia edir ki, parlamentdəki bütün partiyaların koalisiyası yaradıla bilər və bu, potensial olaraq hökumət dəyişikliyinə gətirib çıxara bilər.

Onu da qeyd edək ki, yeni dövrdə 101 yerlik parlament üç partiya və iki blokdan ibarət olacaq. Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini təsdiq edilmək üçün Konstitusiya Məhkəməsinə təqdim edəcək və o, beş gün ərzində nəticələri təsdiq etməlidir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights