ELAZ.İNFO xəbər verir ki, bu gün Moskvada tanınmış bəstəkar, Rusiya Bəstəkarlar İttifaqının üzvü Tolibxon Şahidinin 80 illik yubileyinə həsr olunmuş müəllif gecəsi keçiriləcək. Konsertin təşkilatçıları bu möhtəşəm hadisənin həm Şərq, həm də Qərb musiqisevərləri üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.
Yubilyarın əsərlərini məşhur dirijor Valeri Gergiyevin rəhbərliyi altında Böyük Teatr və Mariinski Teatrının Birləşmiş Simfonik Orkestri ifa edəcək. Gecədə tanınmış solistlər — soprano Veronika Cioyeva, klarnet ifaçısı İqor Fedorov, pianoçu Daniil Xaritonov və alt ifaçısı Maksim Novikov iştirak edəcəklər. Proqrama bəstəkarın ən parlaq əsərləri daxildir:
Tac-Mahal simfonik raqası; Pol Valeri və Ryokanın şeirlərinə bəstələnmiş “Zəmanəmizin qeyri-kamilliyi…” vokal silsiləsi; “Təbəssümlərin rəqsi” və “Darius” simfonik lövhəsi;Baletlərdən fraqmentlər və orkestr üçün müxtəlif konsertlər.
Tolibxon Şahidi Moskva Konservatoriyasını bitirib. Onun yaradıcılığının əsas xüsusiyyəti Şərq musiqi ənənələri ilə Avropa simfonik məktəbinin bənzərsiz sintezidir. Tehran Konservatoriyasının fəxri professoru olan bəstəkarın əsərləri London, Nyu-York, Tokio, Paris və Pekin kimi dünyanın ən böyük şəhərlərində uğurla ifa olunur.
Ruslan MƏMMƏDOV