MMA ustası Məhəmmədəli Osmanlı: -“Mənim məşqçim yoxdur”

-“Mənim məşqçim yoxdur. Rekordum 10-0. Məşqçisiz buna nail olmuşam, yəni öz beynimlə”.

ELAZ.İNFO xəbər verir ki, bu sözləri ardıcıl qələbələrə imza atan MMA ustası Məhəmmədəli Osmanlı deyib.. O bildirib ki, “Son 9 rəqibimin hamısı məğlubiyyətsiz idi, ilk məğlubiyyəti onlara mən yaşatdım.

Son rəqibim Afrika təşkilatının 3 qat çempionu idi. 30 yaşı var idi. Fiziki olaraq məndən çox güclü idi, çünki artıq bərkiyib, kişidir. Mənim isə 20 yaşım var, müqayisə etsək uşağam. Onu tutanda belə fərqi hiss edirdim. Yənə də məğlub etdim. Hətta Çeçen və Dağıstanlılarla belə əziyyət çəkməmişəm. Onlar yorulur, amma Afrikalılar çox dözümlüdürlər, yorulmurlar”.

Yeni qələbələr sorağında olan Məmmədəli Osmanov qeyd edib ki, “Oktyabr ayında “Dana White Contenders”-də döyüşə bilərəm. Rəqibim Kanadalı olacaq. Əslində Bakı kardında ola bilərdim. Sadəcə Tofiq Musayev daha məşhur olduğuna görə, onu imzaladılar”.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights