ELAZ.İNFO xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu ilin aprel ayının 15-i və 16-sı tarixlərində Azərbaycana ilk rəsmi səfəri gözlənilir. Səfərin təfərrüatları barədə Gürcüstan hökuməti bildirdiyi xəbərdə o da qeyd edilir ki, Mixeil Kavelaşvili bu səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşəcək, baş nazir və Milli Məclisin sədri ilə müzakirələr aparacaq.
Səfər zamanı keçirilən görüşlərdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq, iqtisadi inkişaf və strateji tərəfdaşlıq məsələlər əsas müzakirə obyekti olacaq.
Bir məlumatı da nəzərə çatdırmaq lazımdır ki, Gürcüstan Prezidenti olaraq Mixeil Kavelaşvili ilk səfər üçün məhz Azərbaycanı seçib. Bu nüans isə rəsmi Gürcüstanın Azərbaycanla olan münasibətlərə böyük önəm verdiyinin əlamətidir.
İlahə BAYINDIR